“Muhəmməd” adı Rusiyada REKORD qırdı

Rusiyanın Xantı-Mansi muxtar dairəsi (Yuqra) yeni doğulan körpələrə ən çox verilən adlar açıqlanıb.

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, müvafiq məlumat bölgənin qeydiyyat şöbəsi paylaşıb.

Belə ki, 2025-ci ilin ilk 5 ayı ərzində oğlan uşaqlarına ən çox verilmiş ad “Muhəmməd”dir. Belə ki, 146 körpəyə bu adı verilib.

Qızlar arasında isə ən məşhur ad “Aminə” olub – 87 nəfər.

“Ən çox verilən 5 ad” siyahısına həmçinin daxil olub:

  • Oğlanlar üçün – Mixail, Aleksandr, Artyom və Roman;
  • Qızlar üçün – Sofiya, Məryəm, Mariya və Anna.

Xatırladaq ki, 2024-cü ildə də “Muhəmməd” adı birinci yerdə idi.

Bu məqaləni paylaş