Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın əsas şəhərlərindən birində əcnəbilərin iki sahədə işləməsi qadağan edilə bilər.
Müvafiq layihənin mətni şəhər qubernatorluğunun saytında dərc edilib.
Belə ki, 2025-ci il ərzində Sankt-Peterburq şəhərində miqrantların taksi və və kuryer sahələrində çalışması məhdudlaşdırıla bilər.
Qərar layihəsinə əsasən, 1 iyuldan etibarən müvafiq sektorda fəaliyyət şirkətlər tələblərə riayət etməlidirlər.
Həmçinin həmin tarixdən başlayaraq Sankt-Peterburqda kuryerlərə şəxsi nəqliyyat vasitələrində, o cümlədən də elektriklə çalışan velosipedlərlə fəaliyyət göstərmək qadağan ediləcək. Bundan başqa, işəgötürənlər kuryerlərin nəqliyyat vasitələrinə sürət limitləri tətbiq etməli, onları identifikasiya nömrələri ilə təmin etməlidir.
