Rusiyada miqrantlara bir telefondan artıq nömrəyə sahib olmağın qadağan olunması təklif edilir.
Az.shafaqna.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteran İşləri Komitəsinin sədri Yaroslav Nilov tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, əcnəbilərin yalnız bir mobil nömrəyə sahib olmasına icazə verilməsi nəzərdə tutulur.
Sənəddə bildirilir ki, bu məhdudiyyətlər milli maraqların qorunması və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılması məqsədi daşıyır.
Qanun layihəsinə əlavə olunmuş izahatda qeyd olunur ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində çox sayda SIM-karta sahib olmasının qarşısının alınması terrorizm, casusluq, dələduzluq və kibertəhlükələr kimi artan risklərlə əlaqədar olaraq zəruridir.
Hazırkı qanunvericiliyə görə, 2025-ci il yanvarın 1-dən etibarən əcnəbilərə 10-dan artıq abunə nömrəsi əldə etməyə qadağa qoyulacaq.
Yeni qanun layihəsinin qəbul olunması, izahata görə, müasir təhlükələrə qarşı effektiv cavab verməyə və əcnəbi vətəndaşların kommunikasiya vasitələri üzərində nəzarətin gücləndirilməsinə şərait yaradacaq.
