
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1143 yoluxma halı qeydə alınıb, sağalanların sayı 617 , ölənlərin sayı 23 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 239229 nəfər koronavirusa yoluxub, 225335 nəfər sağalıb, 2773 nəfər isə vəfat edib.






























