Bu ərazilərdə qaz təchizatında fasilə olacaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Bu məqaləni paylaş