BRENDAN SMIALOWSKI/AFP/Getty Images)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter-də Qərb rəsmilərinin ABŞ-da son seçki zorakılığına reaksiyalarına kinayə ilə toxunaraq, onların ikili standartlarını tənqid edib.

Az.shafaqna.com “Rasthaber Azərbaycan“a istinadən xəbər verir ki, Zərif Twitter mesajında bunları qeyd edib: “Dörd il ərzində Trampın xalqımızın hesabına özlərini qorumaq üçün qanunsuz tələblərinə boyun əyənlər indi onun qanunun aliliyinə hücumunu qınayırlar. Lakin iqtisadi terrorundan İrana qarşı “təzyiq rıçaqı” kimi istifadə etməyə çalışırlar. Cəsarətli deyilsinizsə, özünüz üçün uzaqgörən olun”.

Zərif ABŞ-da baş verən son hadisələrə reaksiya verdiyi tvitində isə bunları yazmışdı: “Xalqına nifrət edən üsyankar prezident son dörd ildə xalqımıza və başqalarına qarşı çox pis şeylər etdi. Narahatedici cəhət budur ki, həmin şəxsin nüvə müharibəsinin başlamasına nəzarət etmədən lisenziyası var. Bütün beynəlxalq cəmiyyət üçün təhlükəsizlik problemidir”.

Əvvəlki məqaləMəşhur fotoqraf Şuşadan Bülbülün ev muzeyindən paylaşım etdi – FOTO
Növbəti məqalədəErməni təcavüzündən zərər çəkənlərə ödənişlərin verilməsinə başlanılıb