
İran əsilli məşhur fransalı fotoqraf Reza Deqati özünün “İnstagram” və “Twitter” səhifəsində Azərbaycanla bağlı növbəti paylaşımı diqqət çəkib.
Az.shafaqna.com-un məlumatına görə, fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyinə gedərək fotolar çəkib.
O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını yazıb.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü bildirərək “Muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəli dağıdılıb. Niyə insanlar başqalarının mədəniyyətilə bu cür davranırlar?”
View this post on Instagram
In #Shusha, I looked for #Bulbul‘s house, a #museum during the #Soviet era that held old #musical instruments and elements of his life. I was shocked when I entered the house, his statue was destroyed, and everything inside the museum was looted. Why do this to other #cultures? pic.twitter.com/puW9avNiPz
— REZA (@REZAphotography) January 8, 2021