Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Qiorgi Qaxariya bildirib ki, koronavirus pandemiyasına görə çətin maliyyə vəziyyətnə düşən vətəndaşlara yenidən yardım məqsədi ilə hökumət lazımi maliyyə resurslarını cəlb edəcək.

İndiyədək 721 min Gürcüstan vətəndaşı dövlətin sosial yardım paketlərindən istifadə edib.

O deyib ki, bu gün iqtisadiyyatdakı bütün müsbət tendensiyalara baxmayaraq, pandemiyanın şoku hələ ən azı ilin sonunadək hiss ediləcək.

O bildirib ki, buna görə də zərurətin olduğu sosial qruplar yenidən gözdən keçirilməli və onlara yardım edilməlidir.

Qaxariya Maliyyə Nazirliyinə yardım alan şəxslər siyahısını yenidən gözdən keçirməyi və onlar üçün əlavə nələrin edilə biləcəyi barədə düşünməyi tapşırıb.