
PKK terror təşkilatı Türkiyəyə qarşı silahlı mübarizəsini dayandırdığını elan edib.
Az.shafaqna.com xəbər verir ki, silahlı qruplaşma həmçinin öz fəaliyyətini dayandırdığını da bəyan edib.
Xatırladaq ki, PKK-nin həbsdə olan başçısı Abdulla Öcalan fevral ayında həbsxanadan bəyanatla çıxış edərək qruplaşmanı silahı yerə qoymağa çağırmışdı.
Bu təşkilat 1978-ci ildə Öcalan tərəfindən qurulub və kommunist ideologiyalarına əsaslanıb.






























