
Az.shafaqna.com xəbər verir ki, Şri-Lankada baş vermiş hərbi helikopter qəzası altı hərbçinin həyatına son qoyub.
Məlumata görə, helikopter su anbarına düşüb. Hadisə baş verən zaman göyərtədə ümumilikdə on hərbçi olub.
Qəzanın dəqiq səbəbi isə hələlik açıqlanmayıb və araşdırmalar davam edir.






























