Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov işdən çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Azərnaycan Prezidentinin rəsmi saytı vasitəsilə yayılan sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin.”

Digər sərəncamla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib. Bundan öncə Təhsil naziri olan Bayramov bu vəzifədən azad olunub.

Foto: apa.az