
Azərbaycanın Qusar rayonunda zəlzələ olub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 00:07-də qeydə alınan zəlzələ 3,4 maqnitudalı olub.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Qeydə alınmış zəlzələnin ocağı Yerin 8 km dərinliyində olub.




























