Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik olan istifadəçilər üçün sosial şəbəkələrin qadağan edilməsinə dair qanun layihəsini ölkə parlametinə təqdim edib.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bildirib.

“Biz uşaqlarımızı sosial şəbəkələin zərərli təsirlərindən qorumaq istəyirik. Bax, buna görə də biz bu gün 16 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsinin qadağasına dair qanun layihəsini təqdim etdik”, – deyə o qeyd edib.

Qanunverici orqana təqdim edilmiş sənədlərə əsaən, sosial şəbəkə istifadəçilərinin yaşını məhdudlaşdıran qanun layihəsi “uşaqları və gənc insanları istehza, təhqir, qadağan edilmiş məzmun və asılılığın yaranmasından qorumalıdır”.

Layuhə həmçinin sosial şəbəkələrə çıxış əldə etməzdən öncə istifadəçilərin yaşının yoxlanışı yükünün platformaların administrasiyalarının üzərinə düşəcək, onlar öz öhdəliklərini lazımi şəkildə yerinə yetirmədiksə isə cərimələnəcəklər və barələrində məhkəmə prosesləri başladılacaq.

Layihə qəbul edilərsə, qanunun tələblərinin icrasına nəzarət isə nazirliklərdən birinin üzərinə düşəcək və həmin nazirlik 3 il sonra onun effektivliyinin yoxlanışını aparacaq.