
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə Ermənistanın Azərbaycana reallaşdırdığı hücumlara və Türkiyəyə qarşı qaralamalarına reaksiya verərək Ermənistanı Cənubi Qafqazda barışın parçası olmağa çağırlb.
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən iyulun 15-də edilən şərhə yazılı cavab verərək bildirib: “Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini örtmək üçün Türkiyəni riyakar qaralama səyinə cəhd edir. Azərbaycan torpaqlarında illərdir qeyri-qanuni işğalını davam etdirən Ermənistanın bu ikiüzlü münasibəti Cənubi Qafqazda qalıcı barış və sabitliyin bərpasının önündə əsl maneənin kim olduğunu açıq və dəqiq olaraq ortaya qoyur. Məzmundan qopuq ittihamlar və böhtanlarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda gətirər. Bu yanaşma təktərəfli tarix anlayışından yalnız münaqişə çıxaran və beynəlxalq hüquqa zidd təcavüzkarlığını qanuni göstərməyə çalışan bir zehniyyətin təzahürüdür.Təcavüzkar milliyyətçiliyi qızışdıran bu şikəst düşüncə kədərlidir, ancaq təəccüblü deyil. Ermənistan mövqeləri ağıllarını başlarına yığmalı və Cənubi Qafqazda problemlərin deyil, barışın parçası olmağı tezliklə öyrənmələridirlər”.

























