Evsizlərə pulsuz mənzillər veriləcək – ŞAD XƏBƏR!

Tbilisi şəhərində evsiz statusu olan bütün ailələr mənzillə təmin ediləcəklər.

Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan paytaxtının meri Kaxa Kaladze məlumat verib.

Xatırladaq ki, evsiz sakinlərin yaşayış yeri ilə təminatı üçün Tbilisi meriyassı 2021-ci ildən etibarən mənzil fondunun təşkilinə start verib.

Artıq paytaxtda yaşayan və evsiz statusu olan bütün ailələr üçün mənzillər tapılıb və həmin mənzillər mərhələli şəkildə onların (şəxsi) mülkiyyətinə çevriləcək“, – deyə qeyd edilib.

Bildirilib ki, evsiz kimi qeydiyyata düşmüş 400 ailədən 300-ü artıq mənzillə təmin ediliblər.

Yuxarıda qeydedilən mənzillərin bir hissəsinin tikintisi tamamlanıb və istifadəyə verilib“, – deyə əlavə edilib.

Vurğulanıb ki, Tbilisi icra hakimiyyəti əhalinin rifahının və yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bütün bələdiyyə proqramlarını davam etdirəcək.

Bu məqaləni paylaş