
Az.shafaqna.com “İntefaks”-a istinadən xəbər verir ki, Türkiyənin Rusiyadan aldığı S-400-ləri ABŞ tərəfinə satması qeyri-mümkündür.
Bu haqda Rusiya XİN başçısının müavini Aleksandr Qruşko danışıb.
“Bu, mümkün deyil. İstənilən standart müqavilənin yekun istifadəçiyə dair nizamnaməsi var”, – deyə o bildirib.
O qeyd edib ki, bu cür sistemlərin 3-cü və ya digər tərəflərə satış ehtimalı olduqda satış əsla həyata keçirilmir.
“Defense News” iyunda yazımışdı ki, senator Con Tyun Türkiyənin aldığı S-400-lərin ABŞ tərəfindən alınmasını təklif edib.






























