RİA Novosti / Rusiya MN

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Türkiyə və Rusiya hərbçiləri 2021-ci ilin ilk birgə patrulunu Suriyanın şimal-şərqində əl-Həsəkə əyalətində keçiriblər.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin rəsmisi mayor Sergey Zamay məlumat verib.

“Bu gün 2021-ci ildə ilk dəfə Rusiya-Türkiyə birgə patrulu keçirilib”, – deyə o qeyd edib.

Zamay bildirib ki, patrul öncə silahlar və hərbi texnika, şəxsi heyət, koordinasiya mərkəzinin işinin əsaslı hazırlığı olub.

Onun sözlərinə görə, “patrul ştat rejimində, hadisəsiz keçib”.