© Sputnik / STRINGER

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti pandemiya şəraitində kütləvi şəkildə vətənə qayıdan gürcüstanlı miqrantlara yardım proqramına başlayır.

Proqramı Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən xüsusi agentlik həyata keçirir.

Dövlət proqramının əsas məqsədi mühacirətdən geri dönən Gürcüstan vətəndaşlarına yardım etməkdir. Bu məqsədlər üçün dövlət büdcəsindən 500 min laridən çox məbləğ ayrılıb.

Reinteqrasiya proqramı miqrantalar üçün gəlir mənbələri yaradaraq biznes fəaliyyətinin əvvəli, peşəkar yenidən hazırlıq, tibbi yardım və müvəqqəti yaşayış yeri ilə təminat üçün qrantlar nəzərdə tutur.

Ümumilikdə, vətəninə geri qayıtmış təxminən 150 miqranta maliyyə yardımı planlaşdırılıb.

Ərizə qəbulu 5 avqustadək (daxil olmaqla) davam edəcək.

Dövlət proqramında 12 aydan artıq qeyri-qanuni şəkildə ölkədən kənarda olmuş və ya sığınacağın alınması ərizəsi olanlar və ya sığınacaqdan istifadə etmiş və son il ərzində vətənə qayıtmış Gürcüstan vətəndaşları (və ya daimi yaşama hüququ olan qeyri-Gürcüstan vətəndaşları) iştirak edə bilərlər.

Tibbi yardım, müvəqqəti yaşayış yeri ilə təminat, həmçinin peşə təhsilinə gəlincə isə, bu xidmətlərə dair ərizələr 15 iyuldan qəbul edilir.