ABŞ-ın analoji addımlarına reaksiya olaraq Rusiya da nüvə silahı sınaqlarını bərpa edə bilər.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının (TŞ) kaibi Sergey Şoyqu bəyan edib.

“Bu məsələ ilə bağlı mövqeyimizə ABŞ-ın bu sahədəki hərəkətləri birbaşa təsir edir”, – deyə o, “RF nüvə sınaqlarının bərpa edə bilərmi” sualının cavabında qeyd edib.

“Hazırda onların (ABŞ-ın) ayrı-ayrı nüvə döyüş sursatlarının zəmanət müddəti başa çatmaqdadır, tam sürətlə yeni növ silahların hazırlanması prosesi gedir. Və bu Vaşinqtona nüvə silahlarının sınağının bərpası üçün təkan ola bilər”, – deyə o bildirib.

Şoyqu vurğulayıb ki, belə olan halda Rusiya da cavab addımı olaraq eyni şeyi edə bilər, üstəlik “Rusiya Müdafiə Nazirliyi və Rosatom bu cür işlərin keçirilməsinə hazırdır”.

TŞ katibi xatırladıb ki, son illər ərzində Rusiyada müasir silah növlərinin bütöv kompleksi, o cümlədən də dünyada analoqu olmayan strateji silah növləri hazırlanaraq silahlanmaya qəbul edilib.

Ölkəmizin hərbi potensialı nəzərəçarpacaq şəkildə böyüyüb. Bu şəraitdə isə nüvə silahlarının sınaqları ilə bağlı kəskin zərurət görünmür“, – deyə o əlavə edib.

SSRİ-dən sonuncu dəfə 1990-cu il 24 oktyabrda Yeni Torpaq adasında 70 kilotonluq nüvə silahı sınaqlar keçirilmişdi. Bundan sonra isə SSRİ nüvə silahının sınağına birtərəfli moratorium elan edib. Rusiya da hazırda bu xətlə hərəkət edir. SSRİ 1949-cu ildən 1990-cı ilədək ümumilikdə 715 nüvə sınağı həyata keçirib.