Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı “hərbi planı” yoxdur və ola da bilməz.

Bunu Rusiya XİN başçısının müavini Andrey Rudenko bildirib.

Ukrayna tərəfindən döyüş bəyanatları eşidirik. Bu bəyanatlar açıq-aydın süni surətdə səslənir”, – deyə o qeyd edib.

Rusiyanın Ukraynaya qarşı mümkün hərbi planlarına gəlincə isə, inandırım ki, bu cür planlar yoxdur və ola da bilməz”, – deyə o əlavə edib.

Xatırladaq ki, daha öncə Ukrayna HDQ komandanı Aleksey Neijpapa bəyan etmişdi ki, Ukrayna hərbi dəniz qüvvələri Rusiya ilə döyüşə hazırlaşır. O, iddia etmişdi ki, Ukraynanın Herson vilayətinə Rusiyanın hücumu gözlənilir.

Rusiya isə bu bəyanatları “axmaqlıq” adlandırıb.

Daha sonra isə Ukrayna SQ Birləşmiş Qüvvələrin komandanı Sergey Nayev Rusiya tərəfindən “müdaxilə təhlükəsinin” olmadığını bildirib. Nayev deyib ki, Neijpapa Rusiya ilə döyüş barədə danışarkən şişirtməyə yol verib.

Rusiya XİN başçısı Sergey Lavrov da bildirib ki, Rusiya ilə Ukrayna ilə müharibə etməyəcək.