
Hindistanın rəsmi dairələri bildiriblər ki, növbəti ay ölkədə “inək elmləri” üzrə ümummilli onlayn imtahan.
Az.shafaqna.com “Aljazeera”ya istinadla xəbər verir ki, təşkilatçılar bununla əhalinin böyük hissəsi üçün müqəddəs hesab edilən heyvanın mühafizəsi üçün ciddi addım atmış olduqlarını düşünürlər.
Tədris materialına müxtəlif növ inəklər haqqında məlumatlar daxil edilib. Həmçinin qeyd edilir ki, inəklərin kəsilməsi bütün dünyada zəlzələlərə səbəb olur və bunu hər kəs anlamalıdır.
Fevralın 25-də 1 saat ərzində keçiriləcək onlayn test uşaq və böyüklər üçün nəzərdə tutulub və ümumilikdə 100 sualdan ibarətdir.
Testi uğurla keçənlərə xüsusi sertifikat veriləcək.






























