
Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstanın hazırkı və keçmiş hərbçilərinə mənzillər veriləcək.
Bu haqda Gürcüstanın Baş nazirii Qiorgi Qaxariya danışıb.
O qeyd edib ki, söhbət bir neçə min mənzildən gedir.
“Müdafiə Nazirliyi özünün təsisat mənzillərini hazırda MN-də xidmət edən hərbçilər və həmçinin keçmiş hərbi qulluqçuların mülkiyyətinə keçirilməsinə dair qərar qəbul edib. Məsələ komissiya ardıcıllığı ilə gözdən keçirləcək. Əlbəttə, bu daha öncə də edilməli idi, lakin qərar bu gün qəbul edilib”, – deyə o bildirib.





























