Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq olub.

“Görüş zamanı ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət yetirilib. Orta Dəhlizin əhəmiyyəti, o cümlədən yükdaşımaların artırılması baxımından əhəmiyyəti qeyd edilib. Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyi vurğulanıb”.

“Mixeil Kavelaşvili Azərbaycanın baş nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib”, – prezidentin mətbuat xidmətinin bəyanatında deyilir.

Əvvəlki məqaləStiv Uitkofun açıqlaması: Kreml daimi sülh istəyir
Növbəti məqalədəAzərbaycan ağırlıqqaldıranları Avropa çempionatında 3 medal qazandı