Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda da ATƏT-in Minsk qrupunun buraxılmasına da hazırdır.

Az.shafaqna.com RT-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Biz həm sülh sazişinin imzalanmasını, həm də ATƏT-in Minsk qrupunun ləğvini eyni gündə həyata keçirməyi təklif edirik”, – deyə agentlik Paşinyanın sözlərini sitat gətirib.

Onun sözlərinə görə, əgər Ermənistan Qarabağ məsələsini özü üçün bağlayırsa, o zaman bu məsələ ilə məşğul olan Minsk qrupunun da öz fəaliyyətini davam etdirməsinin mənası yoxdur.

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti YÜKSƏLDİ
Növbəti məqalədəASCO gəmi-bərələri ilə nə qədər sərnişin daşınıb?