Az.shafaqna.com xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyi, “Xəzər” İntellektual Gənclər Klubu və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Tələbələrarası I Azərbaycan kubokunun ikinci seçim turu keçirilib.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında keçirilən turnirdə tələbələr 24 sual üzrə, 4 turda yarışıb. Universitet liqasının qalibləri Tələbələrarası I Azərbaycan kuboku uğrunda mübarizə aparmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd tələbə gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

Əvvəlki məqaləYaxın 5 ildə Qarabağın bərpasına 20 milyard manat xərc çəkiləcək
Növbəti məqalədəYanvar-fevralda nə qədər əkiz və üçəm doğulub? – RƏSMİ