NATO-nun Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi fəallığı artıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin danışıb.

Onun sözlərinə görə, Avropa ölkələri, xüsusilə də Ukrayna ətrafında gərginliyi artırmaqda davam edirlər.

Narışkin bildirib ki, Polşa və Baltikyanı dövlətlər baş verə biləcək qarşıdurma halında ilk zərbəni alan ölkələr olacaqlar: “Əgər NATO Rusiya-Belarus İttifaq dövlətinə qarşı hərbi addım atsa, birinci zərbə ilə bu ölkələr üzləşəcəklər”.

Əvvəlki məqaləQızıl və gümüşün qiymətləri BAHALAŞDI
Növbəti məqalədəSES-lərində elektrik enerjisinin istehsalı kəskin artıb