
Az.shafaqna.com xəbər verir ki, bu günlərdə İraqın bir sıra bölgələrində, o cümlədən Nəcəf şəhərində güclü toz fırtınası müşahidə olunub.
Sosial mediada yayılan görüntülərdə Nəcəfül-Əşrəfdə İmam Əli (ə) ziyarətgahın üstünü bürüyən narıncı toz təbəqəsi aydın görünür. Zəvvarlar və hərəmin xidmətçiləri buna baxmayaraq, fəaliyyətlərini davam etdiriblər.
Qeyd edək ki, bu cür tozlu hava şəraiti İraqın müxtəlif bölgələrində, xüsusilə yay aylarında təkrarlanır və hava keyfiyyətinə ciddi təsir göstərir. Səhiyyə qurumları bu kimi hallarda vətəndaşlara açıq havada uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edirlər.
Fotolar: