2025-ci ilin yanvar-fevral aylarında – 90 gün ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah (hər gün 86,01) və 3414 boşanma (hər gün 37,93) halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Əvvəlki məqaləXınalığa 20 sm qar yağıb – FAKTİKİ HAVA
Növbəti məqalədəAzərbaycanda qatarların sürət həddi endirilib