arxiv

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayaraq Ermənistan ordusuna aid PUA vurulduğunu bildirib.

Məlumatda deyilir: “İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55″ taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.”