
Bu gün – 14 aprel Gürcüstanda Ana Dili Günü qeyd olunur.
Az.shafaqna.com xəbər verir ki, gürcü dili Gürcüstanın dövlət dilidir.
Dünyada bu dildə danışanların sayı 4 milyon nəfərdən çoxdur.
Müasir gürcü dilində 17 dialekt var, o cümlədən də kartli, kaxeti, imereti, raçin, leçxumi, quri, cavax, mesx və acar dialetləri.
Gürcüstanın şərq hissəsindəki dağ qrupları xüsusi olaraq seçilir – xevsuri, mtiulo-qudamakar, tuşin və pşav dialektləri.
Həmçinin Gürcüstandan kənarda da 3 dialekt var – ingiloy (Azərbaycan), fereyduni (İran) və imexerv (Türkiyə).
Gürcü dilində 5 sait və 28 samit fonem var.
Bu dilinin özünəxas əlifbası var. Müasir gürcü əlifbası 33 hərfdən ibarətdir. O, eramızın V əsrində arami və yunan yazısının təsiri ilə düzəldilib. 3 yazı üslubu var – mrqlovani (asomtavruli; bu qədimi yazı üslubudur), nusxuri (kilsə yazısı), mxedruli (sıravi insanlar üçün).
2016-cı il 30 noyabrdan gürcü yazısının hər 3 versiyası UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına əlavə edilib.