
Yəmən ordusu İsrailə qarşı hərbi əməliyyatlar keçirib.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi Yəhya Sərii məlumat verib.
Qeyd edilib ki, Tel-Əvivdə yerləşən Ben-Qurion hava limanına, həmçinin “Sdot-Mixa” hərbi bazasına və Aşkelon yaxınlığındakı “mühüm hədəfə” zərbələr endirilib.
Yəhya Sərii bildirib ki, hərbi bazaya qarşı əməliyyat çərçivəsində ballistik raketlərdən, o cümlədən də “Fələstin-2” hipersəs (səsdən sürətli) raketindən, “Zülfiqar” raketindən və həmçinin PUA-lardan istifadə edilib.
“Ənsarullah” rəsmisi əməliyyatların uğurlu olduğunu deyib.