Əfqanıstanda məscidin yaxınlığında partlayış törədilib.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, terror aktı ölkənin şimalında yerləşən Bəlx əyalətinin Məzari-Şərif şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, ən azı bir nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara əsasən, partlayışa səbəb öncədən əraziyə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması olub.

Hələ ki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Əvvəlki məqaləƏlcəzair 12 fransız diplomatı ölkədən çıxarıb
Növbəti məqalədəSui-qəsdə məruz qalan Fitso xalqa müraciət edib