
Əlcəzair hökuməti Fransanın 12 diplomatik əməkdaşının ölkədən çıxarılması barədə qərar verib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
Onun sözlərinə görə, Əlcəzair tərəfi Fransa səfirliyinin 12 əməkdaşından 48 saat ərzində ölkəni tərk etməyi tələb edib.
Sözügedən şəxslər Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik heyətin üzvləridir.