
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda buzlaşma və qar uçqunu təhlükəsi səbəbindən Kazbek–Yuxarı Lars yolu nəqliyyata bağlanıb.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat verib ki, Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Kobi–Qudauri hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bu yol Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınır.
Yolun nə zaman açılacağı hava və ərazi şəraitindən asılı olaraq müəyyən ediləcək.