AFP

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistan Baş naziri İmran Xan Hindistanı Bəlucistanda 11 mədənçinin qətlinə səbəb olan etnik münaqişənin qızışdırılmasında ittiham edib.

O, bu barədə “Twitter”-də yazıb.

Xan Maç rayonunda öldürülən mədən işçilərinin ailələrinə başsağlığı verib və qeyd edib ki, bu bölgədə yaşayan həzara xalqının problemlər və tələblərindən xəbərdardır.

“Biz gələcəkdə oxşar insidentlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük. Biz bilirik ki, etnik zəmindəki bu cür hadisələr bizim qonşularımızın (Hindistan – red.) göstərişi ilə baş tutur”, – deyə o bildirib.

Xatırladaq ki, İŞİD Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin şiə müsəlman olan işçilərinə qanlı hücum edib və 11 nəfərin başını kəsib.

Əvvəlki məqaləSahibkarlığın İnkişafı Fondu daxili qaydalarının təkmilləşdirilməsi üçün məsləhət alacaq
Növbəti məqalədəMurovdağ istiqamətində döyüşlərdə şəhid olan çavuşumuz – FOTO