
Az.shafaqna.com xəbər verir ki, Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti fəaliyyətə başlayıb.
Lufthansa qlobal aviasiya qrupunun bir hissəsi olan Edelweiss, 131 sərnişini daşıyan Sürixdən Tbilisiyə ilk birbaşa uçuşunu həyata keçirdi. Gürcüstan Hava Limanları Assosiasiyası aviaşirkətlə intensiv danışıqları uğurla başa çatdırıb.
Edelweiss Airbus-320 təyyarələri ilə həftədə iki dəfə Sürix-Tbilisi-Sürix marşrutu üzrə birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.
İlk açılış reysi ilə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanının Hökumət Terminalında rəsmi qarşılanma mərasimi olub. İlk uçuşda Sürixdən ilk birbaşa reyslə gələn İsveçrə mediasının nümayəndələri iştirak ediblər. Onlar Milli Turizm Administrasiyasının dəvəti ilə bir həftəlik Gürcüstana səfər edəcəklər – nəticədə İsveçrə mətbuatı üçün Gürcüstanla bağlı məqalələr hazırlanacaq.
Edelweiss, 29 il əvvəl qurulan və Lufthansa Qrupuna məxsus olan İsveçrə Beynəlxalq Hava Yollarının törəmə şirkətidir. O, Sürixdəki bazasından Avropa ölkələrinin və Amerikanın 90 istiqamətinə uçuşlar həyata keçirir. Biletləri hər iki aviaşirkətin – Edelweiss və Swiss International Airlines-ın internet saytından əldə etmək olar.