
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu və Gürcüstan ofisi koronavirusla bağlı birgə araşdırma həyata keçirib.
Araşdırma COVID-19 haqda məlumatlılıq, riskin dərk edilməsi, profilaktiki rəftar və hökumətin qəbul etdiyi addımlara Gürcüstan əhalisinin etimadı məsələləri ilə bağlıdır.
Nəticəyə əsasən, sorğu iştirakçılarının 76-84%-i hesab edir ki, Gürcüstan hökuməti xəstəliyin ölkədə yayılmasına qarşı vaxtında və adekvat addımlar atıb.
Həmçinin 90%-dan çoxu virusun simptomları və onun ötürülmə yolları haqda məlumatlıdır və virusa ciddi yanaşırlar.
Sorğu iştirakçılarının təmixnən 55%-i yoluxma ehtimalını aşağı hesab edir.
Araşdırma müəyyən edib ki, kənd yerlərindəki əhali xəstəlik barədə daha az məlumatlıdır və virusa ciddi yanaşma dərəcəsi də aşağıdır
Sorğu telefon vasitəsi ilə həyata keçirilib və ölkənin bütün regionlarını əhatə edib.





























