
Az.shafaqna.com: bəzi şəxslər İslam ölkəsində (və ya İslam qanunları ilə idarə olunmayan ölkələrdə) yaşamadıqlarını əsas gətirərək qaz, su və elektrik sayğaclarına müdaxilə etməyin və konturlarda dəyişiklik aparmağın dini baxımdan problem yaratmadığını düşünürlər.
Bu kimi hallarda xüsusilə qeyri-müsəlman ölkələrdə belə davranışların haram sayılmadığı zənn edilir.
Halbuki, şəriət baxımından belə bir əməl – yəni sayğacları dayandırmaq, müdaxilə etməklə istifadə miqdarını azaltmaq və ya haqqı gizlətmək – düzgün sayılmır və icazəli deyil.
Bu məsələ ilə bağlı Böyük Mərcə Təqlid Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanasına sual ünvanlanıb və aşağıdakı cavab təqdim olunub:
Sual: İslam olmayan ölkələrdə su, qaz və elektrik sayğaclarının konturlarına müdaxilə etmək və ya onları hər hansı bir şəkildə dayandırmaq caizdirmi (icazəlidirmi)?
Cavab: Belə bir əməl caiz (icazəli) deyildir – mənbə.