Vaşinqtonda Tramp tərəfdarlarının etirazı: 4 nəfər öldü

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən etirazlar zamanı 4 nəfər ölüb.

Bu barədə ABŞ paytaxtının polis başçısı Robert Konti bildirib.

O, konqress binasından güllə yarası nəticəsində bir qadının oldüyünnü təsdiq edib, həmçinin daha 3 ölüm barədə də məlumat verib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın tərəfdarları son prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçiriblər və konqress binasına soxulublar.

Qeyd edək ki, daha öncə Tramp deyib ki, seçkilərin nəticələrini tanımır.

Bundan başqa, Vaşinqtonda 21 yanvaradək fövqəladə vəziyyət elan edilib. Komendant saatına əməl etməyən onlarla insan tutulub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş