Rusiyada bir fermerin təsərrüfatının sakinləri olan pişik və it internet ulduzlarına çevriliblər.

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Kabarda-Balkariya Respublikasında fermada yaşayan bu heyvanlar öz qeyri-adi dostluqları ilə məşhurlaşıb.

“Ayıu” ləqəbli çoban iti və “Barsik” ləqəbli pişik artıq 9 ildir ki, dostluq edirlər. Pişik çox yerə itin belində gedir.

Ferma sahibi İsanın sözlərinə görə, iki dost bir an belə olsun bir-birindən uzaq gəzmir; onlar birlikdə gəzir, birliklə yeyir və birlikdə də yuxuya gedirlər.