
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
Az.shafaqna.com xəbər verir ki, V.Dərgahlı məlumatı təkzib edib.
“Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb.
Protip: If you claim to have downed a drone, don't show a two-engine narrow-body civilian airliner being aimed at by your air defense system. pic.twitter.com/ObW9Vuv13i
— Julian Röpcke (@JulianRoepcke) July 14, 2020
Report xəbər verir ki, bu barədə o “Twitter” səhifəsində paylaşım edib.
“İpucu: əgər dron vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin nişan aldığı dar korpuslu ikimühərrikli mülki təyyarə göstərməyin”, – Y.Röpke vurğulayıb.
Onun bu paylaşımı sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyini gülünc obyektinə çevirib.
Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Yulian Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.






























