
Gürcüstanda 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Yeraltı təkanların episentri Tbilisidən təxminən 12 kilometr cənub-qərbdə yerləşib, zəlzələnin ocağı isə 24 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.






























