Misirdə keçirilən Beynəlxalq Quran Qariləri Müsabiqəsində 3-cü yeri tutan gənc Quran hafizi həmkəndliləri tərəfindən mükafatlandırılıb.

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Rusiyanın ən böyük tatar kəndində – Orta Ələzən kəndində keçirilən tədbir zamanı 17 yaşlı hafizi-Quran Süleyman Bikmayevə avtomobil hədiyyə edilib.

Mükafat isə kənd sakinləri tərəfindən ona hədiyyə edilib. Həmkəndlilər bu şəkildə gənc hafizə öz dəstəklərini ifadə ediblər.

Xatırladaq ki, Bikmayev kiçik yaşlarından Qurani-Kərimi öyrənməyə başlayıb, 13 yaşında isə Quranı tam şəkildə əzbərləyərək hafiz olub.

Onun ilk müəllimi isə məscid axundu olan atası İslam Bikmayevdir.

Qeyd edək ki, Quran hafizinə Qahirədə keçirilən Quran yarışmasında 3-cü yeri tutduğuna görə, diplom-mükafatı Misir Prezidenti Əbdülfəttah Sisi özü təqdim edib.

 Quran hafizinə Qahirədə keçirilən Quran yarışmasında 3-cü yeri tutduğuna görə, diplom-mükafatı Misir Prezidenti Əbdülfəttah Sisi özü təqdim edib.
Quran hafizin Quran yarışmasında 3-cü yeri tutduğuna görə, diplom-mükafatı Misir Prezidenti təqdim edib.

Əvvəlki məqaləMinaya düşən hərbçi həlak olub
Növbəti məqalədəFHN: Ötən həftə 26 nəfər xilas edilib