Az.shafaqna.com “Asharq Al-Awsat”-a istinadən xəbər verir ki, İraqın Səudiyyə Ərəbistanındakı səfiri Qəhtan əl-Cənabi bildirib ki, İraqın Baş naziri Mustafa əl-Kazımi “tezliklə” Səudiyyə Ərəbistanına səfər edəcək.

Bununla belə, əl-Cənabi konkret tarix deməyib.

Onun sözlərinə görə, səfər zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər və Ərar sərhəd keçid məntəqəsinin açılması müzakirə ediləcək.