
Az.shafaqna.com xəbər verir ki, Əskəriyyə Ziyarətgahı bayram günlərində zəvvarlarla dolub daşıb.
Bu günlərdə Samirrada Əskəriyyə Ziyarətgahı sanki nurun, sevginin və həsrətin cəm olduğu bir məkana çevrilir.
Uzaq diyarlardan gələn zəvvarlar qəlblərində dualar, gözlərində hüzün və sevinc qarışığı ilə bu mübarək məkana üz tuturlar.
Müqəddəs türbənin divarları duaların pıçıltısını, qəlblərin döyüntüsünü, ruhların tələsik çağırışlarını öz qoynuna alır. Əlini müqəddəs hərəmin pəncərəsinə toxunduran hər bir zəvvar, həsrətinin və sevgisinin şahidi olan bu divarlara sirdaş olur. “Ey İmamlarım, biz sizə qovuşmaq üçün gəldik!” – deyə yalvarır qəlblər.
Samirra bu günlərdə daha fərqli bir auralara bürünmüşdür. Bayramın gəlişi ilə zəvvarların sevinci və mənəvi yüksəlişi bir-birinə qarışır. Müqəddəs məkanın işıqları, bəzədilmiş mehrablar və bayramın gətirdiyi səmimiyyət hər bir kəsin ruhuna hopur. Sanki bütün dünya burada, bu məqamda dayanıb, hər şey İlahi eşqin qədəmlərinə səcdə edir.
Zəvvarlar dualarını edərkən gözlərində bir ümid, qəlblərində bir axtarış var: “Ey Sahibəzzaman, ey zəmanənin İmamı! Gəlişinlə bu torpaqlara əbədi ədalət və nur bəxş et!”






























