
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İraq kəşfiyyatı əməliyyat zamanı İŞİD terror təşkilatının yüksəkvəzifəli üzvünü məhv edib.
Bu haqda İraq ordusunun rəsmisi Yəhya Rəsul bildirib.
O qeyd edir ki, xüsusi əməliyyat zamanı məhv edilən terrorçu İŞİD-in “Bağdad valisi” Ömər Şaləl Übeyd olub.
Həmçinin onun “mətbuat katibi” də məhv edilib.






























