Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1006-ə çatıb, onlardan  883 nəfər sağalıb, 15 nəfər ölüb.  Karantin rejimində 5640 vətəndaş, stasionarlarda isə 244 nəfər qalır.