
İki mərcə təqlid; Ayətullah Şübeyri Zəncani və Ayətullah Vəhid Xorasaninin ofisləri bazar ertəsi (31 mart) tarixini hicri-qəməri 1446-cı ilin Şəvval ayının ilk günü və Müqəddəs Fitr bayramı olaraq elan ediblər.
Az.shafaqna.com xəbər verir ki, Ayətullah Şübeyri Zəncaninin ofisinin açıqlamasında bildirilir:
“Allahın mübarək Ramazan ayında möminlərin ibadətlərinin qəbul olunmasını arzulayaraq bildiririk ki, Şəvval ayının hilalı bazar günü axşam adi gözlə müşahidə olunmuşdur. Buna görə də sabah, bazar ertəsi Fitr bayramıdır.”
Ayətullah Vəhid Xorasaninin ofisinin yaydığı bəyanatda isə deyilir:
“Bəzi etibarlı şəxslərin şahidliyinə əsasən, Şəvval ayının başlanğıcı Ayətullahül-üzma Vəhid Xorasaninin nəzərində sübuta yetmişdir. Buna görə də bazar ertəsi hicri 1446-cı ilin Şəvval ayının ilk günü və Müqəddəs Fitr bayramıdır.”