“Qarabağ” səfərdə “Turan Tovuz”u məğlub edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Açılış oyununda son çempion “Qarabağ” səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tur martın 30-da başa çatacaq.

Bu məqaləni paylaş