AFP © ILYAS AKENGIN

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin şərqində Van əyalətində kəşfiyyat-təyyarəsi qəzaya uğrayıb.

Türkiyə DİN başçısı Süleyman Soylu bildirib ki, təyyarə 2200 metr hündürlükdə Artos dağına çırpılıb. 2 pilot da daxil olmaqla, 7 nəfər həyatını itirib.

O qeyd edib ki, Van və Hakkari əyalətləri üzərində kəşfiyyat missiyası yerinə yetirən təyyarə 15 iyul yerli vaxtla 18:35-də Vandakı hava limanından havaya qalxıb.

Göyərtədə olanların hamısı Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları idi.

Onun sözlərinə görə, mütəxəssislər qəzanın bütün versiyalarını tədqiq edəcəklər.